20 C
Baku
10 Oktyabr 2025, 19:00
DünyaSiyasət

Misir lideri Sisi ABŞ prezidenti Donald Trampı dəvət edib: Sülh imzalanarkən burada olun

ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS arasında danışıqların davam etdiyi Misirdən dəvət alıb. Misir prezidenti Əbdülfəttah əs-Sisi, “Qəzzada sülh sazişləri imzalanarkən Trampın burada olması, çox gözəl olardı” deyib

Misirin Şarm əl-Şeyx şəhərində davam edən sülh danışıqlarında çıxış edən Misir prezidenti Əbdülfəttah əs-Sisi ABŞ prezidenti Donald Trampa dəvət göndərib. Sisi müharibənin sona çatması istiqamətində aparılan danışıqlarda müsbət irəliləyiş əldə edildiyini bildirib və tərəflərin bölgədə sülhün əldə edilməsi üçün bütün mümkün vasitələri nəzərdən keçirəcəyinə ümid etdiyini təsdiqləyib.

Prezident Sisi, danışıqların müsbət nəticə verəcəyi təqdirdə ABŞ prezidenti Donald Trampı iki tərəf arasında keçiriləcək imzalanma mərasimində iştirak etmək üçün Misirə dəvət edib. Birbaşa Trampa müraciət edən Sisi, “Əgər razılaşma əldə olunarsa, imzalanma zamanı burada olsaydınız, həqiqətən də gözəl olardı. Əgər bu razılaşma əldə olunarsa, prezident Trampı Misirə gəlməyə dəvət edirəm” deyib.

Misir prezidenti Qəzzada iki ildir davam edən müharibənin səbəb olduğu ağır humanitar böhran və dağıntılara toxunaraq, Fələstin xalqının müstəqil dövlət arzularını həyata keçirmək üçün müharibənin dərhal dayandırılmasının vacibliyini vurğulayıb.

Şarm əl-Şeyxdə keçirilən danışıqların üçüncü raundunda HƏMAS və İsrail nümayəndə heyətləri ilə yanaşı, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın, Misir Kəşfiyyat direktoru Həsən Rəşad, Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani, ABŞ Prezidenti Donald Trampın kürəkəni Jared Kushner və Trampın Yaxın Şərq xüsusi nümayəndəsi Steve Witkoff da yer alıb.

Mənbə: Tgrthaber

Aynur Camal

Oxşar xəbərlər

5 ştatda tornado baş verdi

Nigar Məmmədova

“İtaliya şirkətlərinə ən vacib hesab etdiyimiz layihələri həvalə etdik”-VİDEO

Aynur Camal

Yuxunun olmaması beyindəki boz maddənin kiçilməsinə səbəb olur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu