Misir prezidenti Əbdülfəttah əs-Sisi bəyan edib ki, İsrailin 14 aydan çoxdur bombardman etdiyi Qəzza zolağında “təcili” atəşkəs yaradılmalıdır.
Misir Rəyasət Heyətindən verilən yazılı açıqlamaya görə, Misir prezidenti Əbdülfəttah əs-Sisi Cənubi Kipr Rum Administrasiyasının (GCASC) lideri Nikos Hristodulidis ilə telefonla danışıb.
Görüş zamanı Sisi bəyan edib ki, İsrailin 14 aydan artıqdır bombardman etdiyi Qəzza zolağında “təcili” atəşkəs yaradılmalı, əsirlərin qarşılıqlı geri qaytarılması və heç bir ilkin şərt olmadan bölgəyə humanitar yardımlar daxil olmalıdır.
Misir mediası Qahirə və Doha rəsmilərinin Qəzza zolağında atəşkəs razılaşması əldə etmək üçün intensiv səylər göstərdiyini açıqlamışdı.
HƏMAS Hərəkatı verdiyi yazılı açıqlamada bu gün Qətərdə atəşkəs üçün ciddi və müsbət danışıqların aparıldığını və İsrailin yeni şərtlər irəli sürməyi dayandıracağı təqdirdə razılığın əldə oluna biləcəyini bildirib.
İsrailin müdafiə naziri Yisrael Katzın “Həmas ilə əsir mübadiləsi və atəşkəs razılaşmasına çox yaxın olduqlarını” açıqladığı İsrail mediasında da yer alıb.
“Müharibədə ilk məqsədimiz əsirləri geri qaytarmaqdır” deyən Katz, qismən də olsa razılığa gəlməyi dəstəklədiklərini və əsirlərin geri qaytarılması üçün hər şeyi edəcəklərini bildirib.
İsrailin xarici işlər naziri Gideon Saar da HƏMAS ilə məhbus mübadiləsi razılaşmasını dəstəklədiyini bildirib.
Mənbə: EnSonHaber