12 C
Baku
19 Mart 2026, 14:56
Baş xəbərDünya

Misir prezidenti Sisi İsrailin Qəzzaya qarşı quru əməliyyatının qarşısını almağa çağırdı

Bugun.tv xəbər verir ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi İsrailin Qəzza zolağına qarşı quru əməliyyatını dayandırmağa çağırıb.

TRT Haber-in məlumatına görə, Sisi paytaxt Qahirədə Fransa prezidenti Emmanuel Makron ilə birgə mətbuat konfransında etdiyi çıxışında, “Makronla Qəzzadakı böhrana nəzarət yollarını müzakirə etdim və Qəzza zolağına istənilən quru hücumunu dayandırmağa çalışmağın vacibliyini təsdiqlədim.” Qəzzəyə qurudan hücumun daha çox mülki vətəndaşın ölümü anlamına gəldiyini ifadə edən Sisi, “Qəzzada vəziyyətin nəzarət altına alınmasının və qarşıdurmanın genişlənməməsinin vacibliyini vurğuladım” dedi. Blokada altındakı Qəzzaya humanitar yardımların sürətlə çatdırılması lazım olduğunu vurğulayan Sisi, “Makron Qəzzada əhalinin məcburi köçünün təhlükələrini anlayır” dedi. Dünən bir neçə saatlıq Ramallah səfərindən əvvəl Fransa prezidenti Makron “İsraillə həmrəylik səfəri” edib və İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

İran Prezidenti Mesud Pezeşkiyan ABŞ-İsrailin enerji obyektlərinə hücumunu pisləyib

Aynur Camal

Skandinaviya xalqı ardıcıl doqquzuncu ildir ki, dünyanın ən xoşbəxt ölkəsidir

Aynur Camal

WP: Pentaqon İran əməliyyatları üçün 200 milyard dollardan çox büdcə istəyib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu