34 C
Baku
27 İyul 2025, 16:12
Dünya

Misir Qəzzada atəşkəs üçün İsrailə təzyiq göstərməyi xahiş etdi

Misir Qəzza zolağında atəşkəsi təmin etmək üçün İsrailə təzyiq etmək istəyir.

Misir Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, nazir Bədr Abdulati ilə almaniyalı həmkarı Annalena Baerbok arasında telefon danışığı olub.

Misir-Aİ əlaqələrinin yaxşılaşdırılmasında və Misir-Aİ İnvestisiya Konfransında əldə edilən nailiyyətlərə əsaslanaraq Almaniyanın dəstəyini gözlədiklərini ifadə edən Abdulati Qəzzada atəşkəs üçün danışıqlar prosesinə ölkəsinin dəstəyindən danışıb.

Misirli nazir “BMT Təhlükəsizlik Şurasının müharibənin dayandırılması və humanitar yardımın ölkəyə daxil olmasını təmin edən qətnamələrinin tam yerinə yetirilməsi üçün İsrail hökumətinə təzyiq göstərməyin vacibliyinə” işarə edib.

 İsrail və HƏMAS arasında dolayı danışıqlar prosesi

ABŞ prezidenti Co Bayden mayın 31-də İsrailin üç mərhələdən ibarət yeni atəşkəs təklifi təqdim etdiyini açıqlamışdı.

Bayden bu təklifin İsrailə aid olduğunu desə də, İsrailin baş naziri Binyamin Netanyahu “müəyyən edilmiş hədəflərə” çatana qədər Qəzzaya hücumlarını davam etdirəcəklərini bildirib.

Netanyahu iyunun 3-də Parlamentin Xarici Əlaqələr və Müdafiə Komitəsində etdiyi çıxışında İsrailin təklif etdikləri ilə Baydenin təklif etdikləri arasında “boşluqlar” olduğunu iddia edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Yunanıstanda iqlim böhranı yüksəlir!

Aynur Camal

ABŞ səfirliyi “qan gölünə” çevrildi

Aynur Camal

AQTA sədri fındıq emalı müəssisələrinin fəaliyyəti ilə tanış olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu