22 C
Baku
25 Aprel 2025, 14:03
Baş xəbərDünya

Misir Suriyanın yenidən qurulmasına dəstəyini təkrarladı!

Misir Suriyanın sabitliyi və yenidən qurulmasını dəstəkləmək əzmində olduğunu bir daha bəyan edib və Suriya xalqının sülh və ləyaqətli həyat tələblərini dəstəklədiyini bildirib.

Misirin AB-dəki səfiri Əhməd Əbu Zeyd iştirak etdiyi Suriya üzrə 9-cu Brüssel Konfransı ilə bağlı X sosial media hesabından açıqlama verib.

“Misir Suriyanın sabitliyini, yenidən qurulmasını və xalqının rifahını dəstəkləməkdə qərarlıdır”, – Əbu Zeyd bildirib.

Misir Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Əbu Zeyd Misirin xarici işlər naziri Bədr Əbdülətinin adından konfransda iştirak edib.

Səfir Əbu Zeyd Suriya xalqının “uzun illər çəkdiyi iztirablardan sonra sülh, sabitlik və ləyaqətli həyat tələbini” dəstəklədiklərini bildirib.

Suriyanın yenidən qurulmasına toxunan Əbu Zeyd bildirib ki, bu, təkcə Suriyanın infrastrukturunu deyil, həm də ümidin və yaxşı həyatın bərpasını və Suriya xalqının müxtəlif təbəqələri arasında milli barışığın yaradılmasını əhatə edir.

Əbu Zeyd, “Misir tarix, mədəniyyət və ortaq tale bağlarına əsaslanaraq hər zaman Suriyanın yanındadır. Bu gün Misirdə bir milyondan çox suriyalının yaşaması bu çətin prosesdə qardaş Suriya xalqı ilə həmrəyliyin bir daha sübutudur” deyib.

Misir rəsmisi donor icmasına müraciət edərək, suriyalı qaçqınların yaşadıqları ölkələrdə ehtiyaclarını ödəmək üçün töhfə verməyə çağırıb.

Əbu Zeyd bildirib ki, Suriyada yenidənqurma səyləri uğurlu və davamlı olması üçün müəyyən prinsiplərə əsaslanmalıdır.

Sözügedən prinsiplərlə bağlı Əbu Zeyd yenidən strukturlaşma ilə bağlı siyasi prosesin hərtərəfli və milli xarakter daşımalı, regional dəstək və beynəlxalq koordinasiya çərçivəsində həyata keçirilməli olduğunu bildirdi.

Əbu Zeyd Suriyanın suverenliyi və ərazi bütövlüyünə diqqət çəkərək, humanitar dəstək və suriyalı qaçqınların öz ölkələrinə təhlükəsiz və ləyaqətlə qayıtmalarının təminatlarını vurğulayıb.

Avropa İttifaqının (Aİ) təşkil etdiyi Suriya üzrə 9-cu Brüssel Konfransında ölkədə keçid prosesinin müvəffəqiyyətini təmin etmək üçün ehtiyacların ödənilməsi üçün ümumilikdə 5,8 milyard avro öhdəlik götürülüb.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya atəşkəsə razılaşdı

Könül Kərimova

Yerin daxilində nələr baş verir?

Aynur Camal

Qızlar məktəbi yandırılıb

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu