13 C
Baku
13 Aprel 2026, 15:42
Digər

Misirdə əcnəbilər Azərbaycan dili kurslarına böyük maraq göstərir

Bugun.tv xəbər verir ki, Misirdə Azərbaycan dilinə maraq getdikcə artır.

Saytımıza verilən məlumata əsasən, Qahirə şəhərində fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyəti nəzdində Azərbaycan dili kurslarının yeni müdavimləri ilə görüş keçirilib.

Görüş zamanı çıxış edən Cəmiyyətin sədri və Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirov tələbələrə Azərbaycanın tarixi, zəngin mədəni irsi, ədəbiyyatı və müasir inkişafı barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan dilinə artan maraq nəticəsində kurslara 200-dən çox müraciət daxil olub və onlardan 45 nəfər üçün yeni qruplar yaradılıb.

Qeyd olunub ki, kurs iştirakçıları arasında təkcə misirlilər deyil, müxtəlif ölkələrin vətəndaşları da yer alır.

Cəmiyyətdə Azərbaycan dilini tədris edən müəllim İnarə Osmanova isə tələbələrə dilimizin əhəmiyyəti və ərəb dili ilə oxşar xüsusiyyətləri barədə məlumat verib.

Hazırda Cəmiyyət nəzdində fəaliyyət göstərən kurslarda 61 ölkədən 670-dən çox tələbə ödənişsiz əsaslarla təhsil alır. Tədris proqramına Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər istiqamətlər də daxildir.

Aynur Camal

Oxşar xəbərlər

Peter Magyar Rusiyaya münasibətini açıqladı: “Danışıqlar aparacağıq”

Aynur Camal

Trampın Papaya yönələn açıqlamaları müzakirələrə səbəb olub

Aynur Camal

Trampdan Papaya sərt mesaj: “Zəif və uğursuzdur”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu