Baş xəbərDünya

Misirdə turist sualtı qayığı batdı

Misirin Qırmızı dəniz sahillərində rusiyalı turistləri daşıyan sualtı qayığın batması nəticəsində 6 nəfər həyatını itirib.

Yerli vaxtla saat 10:00 radələrində “Sindbad” adlı turist sualtı qayığı Misirin Qırmızı dəniz sahilində Hurqhada şəhəri sahillərində batıb.

Rusiyanın Hurqada Baş Konsulluğundan verilən açıqlamada sualtı qayıqda uşaqların da olduğu 45 nəfərin olduğu, turistlərin hamısının rus olduğu və 6 nəfərin həyatını itirdiyi bildirilib.

İlkin məlumata görə, sərnişinlərin əksəriyyəti xilas edilib.

Sualtı qayığın batmasının səbəbi hələlik məlum deyil.

Son illərdə Hurghada’ya turistik səfərlər təşkil edən Sindbad, 25 metr dərinliyə enərək mərcan qayalarını və dəniz canlılarını araşdırma fürsəti təqdim edir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Yunanıstana qaçmaq istəyən PKK-lı yaxalandı

Kəmalə Sultan

“Diversantlar siçovullar kimi məhv edilməlidir”

Aynur Camal

Şuşanın iki kəndi ordumuzun nəzarətinə keçdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu