Baş xəbərDünya

“Miss Europe 2025” müsabiqəsinin qalibi bəlli oldu

Krımlı Yuliya Pavlikova Livanın paytaxtı Beyrutda keçirilən “Miss Europe 2025” müsabiqəsinin qalibi olub. Qız bu barədə sosial şəbəkədəki səhifəsində danışıb.

Yuliya Pavlikova başında tacı olan qırmızı tüklü maksi paltarda poza verdiyi fotoları yayımlayıb. Qızın sözlərinə görə, “bu il xüsusi oldu, çünki uzun illərdən sonra ilk dəfə Rusiya və Ukrayna nümayəndələri finalda qarşılaşdılar.”

Model qeyd edib ki, müsabiqədə qalib gələrək dünya rekordçusu statusunu təsdiqləyib. Bundan əvvəl Pavlikova üç beynəlxalq müsabiqənin finalına yüksəldi: Miss Earth, Miss Grand International və Miss Universe. O, həmçinin azarkeşlərə dəstək və təbriklərinə görə təşəkkür edib.

“Bu, bir daha sübut edir ki, arzular gerçəkləşir, iş və əzm həmişə mükafatlandırılır”, – Pavlikova yazıb.

“Miss Europe 2025” müsabiqəsində ikinci yeri Ukrayna təmsilçisi, üçüncü yeri isə Bolqarıstan təmsilçisi tutub.

Keçən il Rusiyadan olan bir iştirakçı da tac və titulu aldı. Qalib Tatarıstanlı Roza Qədiyeva olub. Bu il o, finalda tacı Pavlikovaya təhvil verib.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

ABŞ ordusu Nigerdən geri çəkilir

Aynur Camal

Biləsuvarda 43 nəfər saxlanıldı

Kəmalə Sultan

Putinin gizli silahı müasir həyatı qeyri-mümkün edə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu