Bugun.tv-nin Gənclər və İdman Nazirliyindən əldə etdiyi məlumata əsasən, ölkənin sosial-iqtisadi inkişafına dair təyin olunmuş Milli Prioritetləri, həmçinin 2030-cu ilə qədər “Dayanıqlı İnkişaf Gündəliyi”ni əhatə edən “Missiya:2030” Hakatonu keçiriləcək.
Qeyd edilib ki, hakaton İyulun 28-29-da aşağıdakı 5 mövzu üzrə təşkil olunacaq:
1. DİM 2: Qarabağda ərzaq təhlükəsizliyinə, daha yaxşı qidalanmaya nail olmaq və dayanıqlı kənd təsərrüfatını təşviq etmək;
2. DİM 7: Qarabağın sərfəli, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə çıxışını təmin etmək;
3. DİM 11: Qarabağda şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etmək;
4. DİM 12: Dayanıqlı istehlak və istehsal modellərinə keçidi təmin etmək;
5. Kosmosun dayanıqlı inkişaf məqsədlərinə nail olmağımızda rolu.
Əsas qaydaları aşağıdakılardır:
– Hakatonda 15-25 yaş aralığında gənclər iştirak edə bilər;
– Tədbirin rəsmi dili Azərbaycan dilidir. Lakin, komandalar tərəfindən təqdim olunacaq ideyalar iki dildə təqdim oluna bilər (Azərbaycan və İngilis dili);
– İştirakçılar həm komanda, həm də fərdi şəkildə müraciət edə bilərlər;
– Fərdi müraciətçilər seçildikdən sonra təşkilati komanda tərəfindən 4-5 nəfər olmaqla komandalara bölünəcək;
– Hakaton final və yarımfinal mərhələlərindən ibarət olacaq.
– Hakatonun mövzularına dair seçilən iştirakçılara təlim və vebinarlar təşkil ediləcək.
Sonda yarışın liderinə 5000 manat, ikinci yerin qalibinə 3000 manat, üçüncü yerin sahibinə isə 2000 manat pul mükafatı təqdim olunacaq.
Qeydiyyat üçün linkə keçid edə bilərsiniz: GİN