16 C
Baku
27 Oktyabr 2025, 18:02
Siyasət

Mişustin: “Rusiya və Tacikistan arasında güclü strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələri var”

“Rusiya və Tacikistanı güclü strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələri bağlayır. Ticari-iqtisadi əməkdaşlıq dinamik inkişaf edir. Ötən il ticarət dövriyyəsi 18 faiz artaraq 1,5 milyard dollar təşkil edib. Təbii ki, bu, son 20 ildə rekord göstəricidir. Lakin bu o qədər də çox deyil”.

Bugun.tv TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin deyib.

“Rusiya şirkətləri tikinti, enerji, sənaye, rabitə və maliyyə xidmətləri daxil olmaqla, iqtisadiyyatın əsas sektorlarında fəal iştirak edirlər. Biz səhiyyə, təhsil və turizm sahələrində əməkdaşlığımızı genişləndiririk”, – Mişustin bildirib.

O, həmçinin sənaye əməkdaşlığının müxtəlif sahələrdə, o cümlədən yüngül sənaye, mədənçıxarma və metallurgiya sektorlarında inkişaf etdiyini bildirib.

“Biz Rusiya və Tacikistanın maraqlarına uyğun olaraq tam dövriyyəli istehsalı təmin edəcək birgə müəssisələr yaratmaq niyyətindəyik”, – nazir əlavə edib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Beynəlxalq konfransın iştirakçıları Qarabağda

Aynur Camal

Azərbaycanın “yaşıl gündəliyi”

Aynur Camal

“Xəzri-2023” birgə taktiki təlimi başa çatıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu