11 C
Baku
20 Aprel 2025, 8:27
Baş xəbərDünya

Mitsotakis böyük qələbə qazanır – hökuməti qurmaq tapşırığı ona verildi

Bugun.tv xəbər verir ki, Yunanıstan prezidenti Katerina Sakelaropulu hökuməti qurmaq tapşırığını Yunanıstanın baş naziri və dünənki ümumi seçkilərin qalibi Yeni Demokratiya Partiyasının lideri Kiryakos Mitsotakisə tapşırıb.

Sakelaropulu Baş nazir Miçotakisə konstitusiyanın 37-ci maddəsinin ikinci bəndinə uyğun olaraq hökuməti qurmaq tapşırığını verib və bunu öz ofisində qəbul zamanı vurğulayıb.

Yunanıstanda dünən keçirilən ümumi seçkilərdə hazırkı baş nazir Kiryakos Mitsotakisin partiyası 40 faizdən çox (146 yer) səs toplayıb və ən yaxın rəqibi Aleksis Tsiprasın rəhbərlik etdiyi Radikal Sol Alyansı (SYRIZA) geridə qoyub.

Koalisiya hökuməti qurmağın qeyri-mümkün olduğunu düşündüyünü bildirən Mitsotakis, “Düşünürəm ki, iyunun 25-də yenidən seçkiyə getməliyik” deyib.

Çünki, parlamentə daxil olan partiyaların sayı 5 olduğu halda, heç bir partiya hökuməti təkbaşına formalaşdırmaq üçün parlamentdə tələb olunan 151 yerə çata bilməyib.

Qeyri-rəsmi nəticələrə görə, ikinci dəfə seçkilərin olacağını gözlənilir.

Hazırda parlamentdə 146 mandata malik Yeni Demokratiya Partiyası ikinci səsvermədə də yüksək səsi toplasa təkbaşına hakimiyyətə gələcək.

Mənbə: BBC NEWS

Aynur Camal

Oxşar xəbərlər

İki idmançımız beynəlxalq turnirdə qızıl medal qazandı

Nigar Məmmədova

Rusiya İrana: “ABŞ-ın təhdidləri qəbuledilməzdir”

Aynur Camal

Vergi artımı qanun layihəsinə etirazlarda ölənlərin sayı 22-yə çatdı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu