Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin tarixi əsərlərin geri qaytarılması üçün Britaniya Muzeyinin rəsmiləri ilə görüşdüyü bildirilib. İngiltərə mətbuatında yer alan xəbərə görə, muzey rəsmisi danışıqları təsdiqləyib və iki ölkənin razılaşacağı təqdirdə əsərlərin geri qaytarılması ilə bağlı muzeyin münasibətinin sərt olmadığını bildirib. Dünyanın bir çox yerindən gətirilən arxeoloji əsərlərlə İngiltərədə yaradılan “Britaniya Muzeyi”nin idarəçiləri ilə Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin bu ölkəyə aid əsərlərin geri qaytarılması üçün bir neçə dəfə görüşdüyü bildirilib.
Sky News televiziyasının əldə etdiyi məlumata görə, Mitsotakis və muzeyin qəyyumlar şurasının üzvləri bu il iki-üç dəfə “Elgin mərmərləri” kimi tanınan əsərlərin Yunanıstana qaytarılmasını müzakirə ediblər.
Televiziyaya açıqlama verən muzey rəsmisi danışıqların aparıldığını təsdiqləyib və bildirib ki, iki ölkə arasında razılaşma olacağı təqdirdə əsərlərin geri qaytarılması ilə bağlı muzeyin mövqeyi sərt deyil.
İngiltərə, o dövrdə Osmanlı səfiri vəzifəsini icra edən Tomas Bryusun (Lord Elgin) Yunanıstandan Londona gətirdiyi əsərlərin Osmanlı İmperiyasının icazəsi ilə alındığını iddia edir.
Lord Elginin 1799-1803-cü illər arasında işlədiyi müddətdə Londona gətirdiyi əsərlər arasında Afina Akropolunun və Parthenonun xarabalıqları var.
Digər tərəfdən, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər Baş İdarəsinin Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin müdiri Zeynep Boz arxivlərdə belə bir icazə və ya fərmanın olmadığını açıqlayıb.
Mənbə: Hurriyet.Tr