7 C
Baku
19 Fevral 2026, 0:38
Baş xəbər

MMU-da ingilis dili üzrə təməl səviyyə kursunun buraxılış mərasimi keçirilib

Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunun Xarici dil mərkəzində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçuları ilə keçirilən intensiv ingilis dili üzrə təməl səviyyə kursunun buraxılış mərasimi keçirilib.

Bugun.tv -nin əldə etdiyi məlumata görə, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bağlanış mərasimində HHQ və Hərbi İdarəetmə İnstitutunun rəhbərliyi çıxış edərək kursu müvəffəqiyyətlə başa vurmuş dinləyiciləri təbrik edib.

Kurs müddətində dinləyicilərin ingilis dilini mənimsəməsində əməyi olan Xarici dil mərkəzinin müəllim-pedaqoq heyətinə, o cümlədən kurs üçün ölkəmizə Türkiyədən dəvət olunmuş hərbi təlimatçılara dərin minnətdarlıq bildirilib.

Sonda kursu başa vurmuş hərbi qulluqçulara sertifikatlar təqdim edilib.

Mənbə: Müdafiə Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif olundu

Aynur Camal

E vitamini ilə zəngin 7 məhsul — sağlamlığa faydaları ilə

Aynur Camal

Pişiyin burnu niyə unikaldır? Onun funksiyaları açıqlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu