6 C
Baku
24 Fevral 2026, 21:25
Baş xəbərMaraqlı faktlar

Möhsün Sənani – kinomuzun korifey sənətkarı

Azərbaycan teatr və kinosunun korifey sənətkarı, Xalq artisti Möhsün Sənaninin (1900-1981) doğum günüdür.

Həyatının 50 ilini Azərbaycan teatr sənətinə həsr edən Möhsün Sənani səhnəmizin görkəmli və məşhur artistlərindən biridir. Onun adı gələndə hər kəsin üzündə sevinc duyulur, təbəssüm görünür. Aktyorun repertuarı zəngin və mürəkkəbdir. Sənanini xalqa sevdirən onun bənzərsiz sənətkarlığı, fitri istedadı, gənc nəslə daim qayğı ilə yanaşması olub. Sənani aktyora çox vacib olan hər cür qabiliyyətə – oxumaq, oynamaq, çalmaq bacarığına malik idi. “Sənani” onun təxəllüsüdür. Onun əsl soyadı Cəfərovdur.

Bugun.tv xəbər verir ki, korifey sənətkarın anadan olmasından artıq 125 il ötür. Onun həyatı haqqında araşdırmaçı jurnalist Anar Tağıyev öz facebook səhifəsində maraqlı məlumat paylaşıb.

Möhsün Sənaninin qızının xatirələrindən birində deyilir ki, ona tez-tez qızlar zəng vururmuş. Bir dəfə dəstəyi bir qıza verirlər. O da Möhsün Sənani üçün mahnı oxuyur. Qız filarmoniyanın solisti işləyirdi. Bundan sonra qızın zəngləri çoxalmağa başlayır. Lakin aktyor qızın kim olduğunu bilmir. Bir dəfə Möhsün Sənani konsertə gedəndə, qız səhnəyə çıxıb oxumağa başlayır. Onda aktyor ona zəng edən qızı səsindən tanıyır. Konsertndən sonra qızı gözləyib, onunla tanış olur. Sonralar onlar tez-tez görüşməyə başlayırlar. Aktyor əvvəlcədən görüşəcəyi küçəyə gedər, orda dayanan gənclərə pul verirmiş ki, küçəni yarım saatlıq boşaldın, istəklimlə görüşəcəm”, – Möhsün Sənaninin qızının xatirələrindən.

Aynur Camal

Oxşar xəbərlər

Prezident təsdiq etdi: Minimum əmək haqqına hər il baxılacaq – Maaşlar artacaq

Aynur Camal

Palandökən yenidən dünya səhnəsində: Erzurum FIS Snoubord Dünya Kubokuna ev sahibliyi edəcək

Aynur Camal

Rusiya-Ukrayna müharibəsindən 4 il ötdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu