Baş xəbərSosial

 Azərbaycandan olan QHT-lərin Moldova Respublikasında təlim səfərində olublar

Bugun.tv xəbər verir ki, Moldova Respublikasında Azərbaycandan olan QHT-lərin təlim səfərləri olub. Səfərlər Moldovanın paytaxtı Kişnau (Kişinyov) şəhərində və bölgələrdə təşkil olunub. Məqsəd: Göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, ayrı-seçkilik və sosial təcridlə mübarizə üçün ümumi strategiyaların işlənib hazırlanması məqsədilə əlilliyi olan şəxslərin inklüzivləşdirilməsi və hüquqlarının təşviqi sahəsində əməkdaşlıq edəcək və qabaqcıl təcrübələri mübadilə edəcək Moldova Respublikası və Azərbaycan QHT şəbəkəsinin yaradılmasına kömək etməkdir.

Səfərdə Azərbaycan tərəfdən 25 nümayəndə, o cümlədən Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının (ƏTİ) 8 üzv təşkilatının nümayəndələri iştirak etmişlər. Beləliklə, Bu vaxta kimi beynəlxalq tədbirlərdə iştirak edən ƏTİ üzv təşkilatlarının sayı 12-yə çatıb.

Təlim səfərlərində Moldovanın 7 təşkilatında, o cümlədən paytaxt Kişnyovda şəhərinin meriyasında görüşlər olub. Eyni zamanda Polşa, Ukraynadan nümayəndələr tədbirlərə qoşulublar. Təşkilatçılar tətəfində şəhər turu təşkil olunub.

Səfər GİZ Almaniya təşkilatının dəstəyilə həyata keçirilib.

 

 

Elnarə Dərziyeva

Oxşar xəbərlər

“Oyun sonrası depressiya” nədir və kimlərdə baş verə bilər?

Aynur Camal

Qida məhsulu: Orqanlar və onların faydaları

Aynur Camal

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu