8 C
Baku
22 Dekabr 2025, 1:10
Siyasət

Moldovada etirazçılar prezidentin istefa verməsini tələb ediblər

Kişinyovda etirazçılar prezident Maia Sandu və onun hökumətinin istefasını tələb edib. Moldovanın hakim Fəaliyyət və Həmrəylik Partiyası bu mitinqi “ölkədə vəziyyəti qeyri-sabitləşdirmək cəhdi” adlandırıb.

Partiyanın sözçüsü Adriana Vlas bildirib ki, etiraz aksiyası müxalifət Şor partiyasının lideri İlan Şor tərəfindən dəstəklənib.

“Bunlar ölkədə sabitliyi pozmaq üçün atılan addımlardır. Şor ədalətdən yayınmaq üçün insanların zəifliyindən istifadə etməyə cəhd etmək üçün manipulyasiyalar yolunu tutdu”, – Adriana Vlas bildirib.

Onun sözlərinə görə, hazırda xaricdə yaşayan İlon Şor ölkə banklarından bir milyard oğurlamaqda təqsirli bilinib.

Etirazçılar  hökumət və polisin müqavimətinə baxmayaraq, paytaxtın mərkəzində hökumət əleyhinə mitinq keçiriblər. Onlar prezident Maia Sandu və hakim partiyanın yaratdığı kabinetdən istefa verməsini tələb ediblər. Eyni zamanda onu  erkən seçkiyə çağırıblar.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

 Latviya Prezidenti: Azərbaycan beynəlxalq aləmdə mühüm rol oynayır

Aynur Camal

Fəratda qızıl həyəcan! Həqiqət sonradan üzə çıxdı

Aynur Camal

Səudiyyə Ərəbistanı Mərkəzi Bankının İdarə Heyətinin üzvü ilk dəfə qadın olub

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu