5 C
Baku
15 Dekabr 2025, 3:16
Baş xəbərDünya

Moldovanın Qaqauziya muxtar qurumunun rəhbəri 7 il müddətinə azadlıqdan məhrum edildi

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul yeddi il müddətinə azadlıqdan məhrum edilib. Onun sədri olduğu keçmiş “Şor” partiyasının katibi Svetlana Popan isə partiyanın qanunsuz formalaşdırılmasında iştirakına görə 6 il müddətinə həbs cəzası alıb.

Bugun.tv Moldova mediasına istinadla xəbər verir ki, bu barədə paytaxt Kişineunun Buyukanı məhkəməsi hökm çıxarıb.

Avqustun 5-də məhkəmə Yevgeniya Qutsul və Svetlana Popanın işi üzrə hökm çıxarıb. Onlar keçmiş “Şor” partiyasının qanunsuz maliyyələşdirilməsində şərik olmaqda təqsirli biliniblər. Qutsul yarımqapalı həbsxanada 7 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, ondan dövlətə 40 milyon ley qaytarması tələb olunur. İstintaqın məlumatına görə, bu pullar partiyanın qeyri-qanuni maliyyələşdirilməsinə sərf edilib. Svetlana Popan 6 il müddətinə azadlıqdan məhrum edilib. Ondan isə 9 milyon ley vəsait müsadirə olunacaq.

Bugün TV

Oxşar xəbərlər

Şəhid Vadim Qocayev atası ilə birgə Qobustanda dəfn olunub – FOTO/VİDEO

Bugün TV

Skuter oğurlayan şəxs saxlanıldı

Kəmalə Sultan

Şinkou-17 gəmisi kosmik stansiyaya çatıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu