Fransız rəssam Klod Monenin “Su zanbaqları” tablosu hərracda satılıb. Əsərin təqribən 60 milyon dollara satılacağı gözlənildiyi halda, hərracda üç nəfərin ardıcıl olaraq təklif verməsi ilə qiymət artıb. Adı açıqlanmayan Asiya əsilli şəxs tablonu 65,5 milyon dollara (təxminən 2,26 milyard TL) alıb.
Bir gün əvvəl ABŞ-ın Nyu-York şəhərindəki Sotheby’s hərrac evində təşkil edilən hərracda fransız rəssam Klod Monenin “Su zanbağı” adlı tablosu 65,5 milyon dollara (təxminən 2,26 milyard TL) satılıb.
“Türkiyə” qəzetinin xəbərinə görə, Monenin 1914-17-ci illər arasında çəkdiyi irimiqyaslı əsərin təxminən 60 milyon dollara satılacağı gözlənilsə də, hərrac zamanı 3 nəfərin dalbadal verdiyi təkliflərlə qiymət artıb.
Nəhayət, adı açıqlanmayan asiyalı telefonla təklif verərək rəsm əsərini qazandı.
Mənbə: TGRT