Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) üzvü Monqolustana rəsmi səfərə gəlib.
Haqqında həbs qərarı olmasına baxmayaraq səfər edən Putinə Monqolustandan zəmanət verilib.
BCM-nin qərarına baxmayaraq, Putin həbs olunmayacaq. Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbs qərarına baxmayaraq Monqolustana gəlib. Rusiya lideri məhkəməyə, Kiyevə, Qərbə və onun həbsinə çağıran hüquq təşkilatlarına meydan oxuyan səfəri çərçivəsində bu gün ICC üzvü Monqolustanın paytaxtı Ulan-Batora enib. Ukrayna Putinin səfərinə böyük reaksiya verdi. Hakimiyyət həmçinin Putinin həbs olunmamasından sonra Monqolustanı “müharibə cinayətlərinə görə məsuliyyəti bölüşməkdə” günahlandırıb.
Ukrayna Monqolustanı həbs qərarını yerinə yetirməyə çağırsa da, BCM məhkəmə tərəfindən axtarışda olan şəxsləri həbs etmək “öhdəliyi” olduğunu bildirib.Kreml isə Rusiya lideri Putinin səfər zamanı həbs olunmasından narahat olmadığını bəyan edib.
Digər tərəfdən Monqolustanda bir qrup Putinə etiraz edib. Nümayişçilər əllərində “Müharibə cinayətkarı Putini buradan çıxarın” yazılı pankart qaldırıblar.
Beynəlxalq Amnistiya Təşkilatı öz bəyanatında xəbərdarlıq edib ki, Monqolustanın Putini həbs etməməsi BCM-nin legitimliyini daha da zəiflədə və demək olar ki, dörddə bir əsrdir hakimiyyətdə olan keçmiş KQB agentini daha da həvəsləndirə bilər.
Amnesty İnternational-ın Monqolustan icraçı direktoru Altantuya Batdorj açıqlamasında “Prezident Putin ədalətdən qaçan şəxsdir” deyib.
Mənbə: TGRT