27 C
Baku
27 İyul 2025, 23:40
DünyaSiyasət

Monteneqro yeni prezidentini seçdi

Bugun.tv xəbər verir ki, Monteneqronun Dövlət Seçki Komissiyası prezident seçkilərinin nəticələrini açıqlayıb. Keçmiş İqtisadi İnkişaf və Turizm Naziri Yakov Milatoviç 222 592 səs, yəni ümumi səslərin 58,88 faizini toplayaraq Monteneqronun yeni rəhbəri seçilib.

Məlumata görə, prezidentlik müddəti başa çatan Milo Dukanoviç 41,12% və ya 154 769 səs toplayıb.

542 mindən çox insanın səsvermə hüququ var idi. Seçkilərdə vətəndaşların 70,7%-i iştirak edib.

Konstitusiyaya görə, Monteneqro parlamentli respublikadır və prezidenti ümumxalq səsverməsi ilə beş il müddətinə seçilir.Dövlət başçısı isə daha çox nümayəndəlik funksiyalarını yerinə yetirir. Prezident kabinetin formalaşmasında və baş nazirin təyin edilməsində söz sahibidir.

Mənbə: TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Fransa polisi Paris Olimpiadasına hücum etməyi planlaşdırdığı iddia edilən çeçeni həbs edib

Aynur Camal

“Azərbaycan-Pakistan münasibətlərinin daha da inkişafı üçün böyük perspektivlər var”

Bugün TV

Kral dərmanların yan təsirləri səbəbindən xəstəxanaya yerləşdirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu