36 C
Baku
20 İyul 2025, 16:05
Baş xəbərDünya

“Moskva ilə koordinasiyanı gücləndirmək niyyətindəyik”

Bugun.tv xəbər verir ki, Çin Pekin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), BRİKS və G20 kimi mühüm beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət göstərərək Moskva ilə koordinasiyanı gücləndirmək niyyətindədir.

Bu barədə Çin lideri Si Cinpinin CCTV kanalında Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə deyib: “Çin möhkəm qarşılıqlı dəstək əsasında və bir-birinin əsas maraqlarını nəzərə alaraq Rusiya ilə qarşılıqlı əlaqəni davam etdirməyə hazırdır”.

“Çin-Rusiya əməkdaşlığının möhkəmlənməsi və inkişafı ölkələrimizin xalqlarının istəklərinə uyğundur; bu, üstünlük təşkil edən tendensiyadır”, – Si Cinpin qeyd edib. O, həmçinin ümid etdiyini bildirib ki, Çin və Rusiya dinamik ikitərəfli əməkdaşlığın təşviqi üçün “böyük məkan və geniş perspektivlər” təqdim etməyə davam edəcəklər.

Xatırladaq ki, Rusiyanın baş naziri Mixail Mişustin Çin Xalq Respublikasına səfər edib. O, əvvəlcə Şanxaya gəlib və burada Rusiya-Çin biznes forumunda iştirak edib. Sonra o, Pekində Çin Dövlət Şurasının baş naziri Li Qianq ilə görüşüb. Tərəflər bir sıra ikitərəfli sazişlər, o cümlədən ticarət əməkdaşlığının genişləndirilməsinə dair memorandum imzalayıblar.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Yunanıstanda matəm elan edildi

Nigar Məmmədova

İsrailin baş naziri Netanyahu ilə ana müxalifət lideri Lapid toqquşdu!

Aynur Camal

Venesuela prezidenti Maduro CIA və DEA-nı ölkəsində “çaşqınlıq” yaratmaqda ittiham etdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu