3 C
Baku
14 Dekabr 2025, 9:10
Baş xəbərDünya

Moskva Vaşinqtonu xəbərdar etdi

Rusiyanın paytaxtı Moskvada ötən günlər Kreml Sarayına edilən müəmmalı dron hücumunun əks-sədaları davam edir.

Bugun.tv xəbər verir ki, Saray şəhərciyində pilotsuz təyyarənin Senatın damına çırpılması hadisəsindən sonra Rusiya Xarici İşlər Nazirliyi ABŞ-la hər an qaynar münaqişə ola biləcəyi barədə xəbərdarlıq edib.

Xarici işlər naziri Sergey Lavrov “Kreml pilotsuz təyyarənin hücumuna mütləq cavab verəcək. Bu sözlə deyil, əməllə olacaq” deyə hədələyib. Lavrovdan əvvəl onun müavini Sergey Ryabkov ABŞ-la münaqişənin kritik mərhələyə çatdığını bəyan edərək, “Artıq bizimlə ABŞ arasında təkcə düşmənçilik deyil, hər an qaynar münaqişəyə çevrilə biləcək bir vəziyyət var:

“Biz uçuruma düşməmək üçün böyük səylər göstəririk. Moskva sarayın damına çırpılan pilotsuz təyyarənin prezident Vladimir Putinə sui-qəsd etmək üçün göndərildiyini və bunun ABŞ-ın xəbəri və razılığı olmadan həyata keçirilə bilməyəcəyini iddia edib.

Xatırladaq ki, həm Kiyev, həm də Vaşinqton belə bir aksiyada maraqlı olmadıqlarını bildiriblər.

Mənbə: hurriyyət.tr

Aynur Camal

Oxşar xəbərlər

Can bazarında mikroavtobusların toqquşduğu qəzada: 15 yaralı var

Bugün TV

Türkiyənin Qara dəniz sahilləri “National Geographic”in “BEST OF THE WORLD 2026” siyahısına DAXİL EDİLDİ

Aynur Camal

Haitidə silahlı dəstələrin hücumu nəticəsində 50 nəfər həyatını itirib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu