Siyasət

Moskvada dörd ölkənin diplomatları görüşəcək

Gələn həftə Moskvada Rusiya, Suriya, Türkiyə və İran xarici işlər nazirlərinin müavinləri səviyyəsində dördtərəfli görüş baş tutacaq.

“Biz bunun üzərində işləyirik. Bəli, gələn həftə görüş təklif etdik, baxmayaraq ki, bütün tərəflərin yekun təsdiqi təqdim edəcəyini gözləyirik. Ümid edirik ki, bu, yaxşı nəticə verəcək”.

Bugun.tv xəbər verir ki, bunu Rusiya prezidentinin xarici işlər nazirinin müavini Mixail Boqdanov TASS-a bildirib.

“İran və Türkiyə təsdiqləndi. Suriya tərəfi ilə müəyyən detallar var ki, ona görə danışıqlar gedir”,- Boqdanov əlavə edib.

Qeyd edək ki, 2022-ci il dekabrın 28-də Moskvada Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində məsləhətləşmələr aparıblar.

Bugün TV

Oxşar xəbərlər

İran–ABŞ nüvə danışıqları başladı: görüşlər Omanda keçirilir

Aynur Camal

“Prezident İlham Əliyev bütün dünyada sülhün, təhlükəsizliyin və zəfərin canlı simvoludur”

Aynur Camal

Deputat Vüqar Bayramov: Sülh müqaviləsindən sonra Azərbaycan-Ermənistan arasında 300 milyon dollarlıq ticarət dövriyyəsi mümkündür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu