Bugun.tv xəbər verir ki, Rusiya səhər saatlarında Moskvada 2 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb. Moskvanın Vnukovo hava limanında uçuşlar texniki səbəblərə görə bir müddət dayandırılıb.
Moskva meri hücumlara görə Ukraynanı ittiham edib. Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.
Hadisədən az sonra Moskvadakı Vnukovo hava limanının uçuşlara bağlandığı açıqlanıb.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi hava limanının texniki səbəblərə görə bağlandığını açıqlayıb.
Daha sonra hava limanı uçuşlar üçün açılıb.
Mənbə: TRT Haber
