Bugun.tv xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan üçtərəfli görüşdə sülh sazişi məsələsini müzakirə ediblər.
Görüşün mətbuat konfransında danışan Lavrov; Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı razılaşmaların həyata keçirilməsinin vacibliyinə işarə edərək, “Biz bu razılaşmalara alternativ razılaşmaların olmadığı qənaətindəyik” – deyib.
Cənubi Qafqaz regionunda sabitlik və sülhün bərqərar olmasının tərəfdarı olduqlarını ifadə edən Lavrov, “Bu, birbaşa Rusiyanın maraqları ilə bağlıdır. Vəziyyətin sabitləşməsi ilə bağlı qərarların həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, bütün digər ölkələr də Bölgədə olmaqda maraqlı olanlar bu qərarlara hörmətlə yanaşacaqlar. Qarabağda və sərhəddə vəziyyət stabilləşdirilməli, humanitar problemlər həll edilməli, iqtisadiyyat və nəqliyyat üçün maneələr aradan qaldırılmalı, üzərində işlədiyiniz sülh sazişinin mətni razılaşdırılmalıdır”, – Lavrov bildirib.
Azərbaycanın xarici işlər naziri Bayramov Ermənistanla münasibətlərin yaxşılaşdırılmasının vacibliyinə toxunaraq, “Biz Azərbaycan və Ermənistan arasında müharibədən sonrakı vəziyyətin yaxşılaşdırılması prosesinin tərəfdarıyıq. Bu proses müxtəlif yollardan ibarətdir. Biz Ermənistanla münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıyıq”.
Bu məsələ ilə bağlı danışıqlar prosesində fasilə yarandığını deyən Bayramov bugünkü danışıqların məhsuldar olacağına ümid etdiyini bildirib.
Ermənistanın xarici işlər naziri Mirzoyan isə Azərbaycanla münasibətlərin yaxşılaşdırılması prosesinə gəlincə, “Sülh sazişinin bəzi bəndləri üzrə irəliləyiş əldə olunub. Həmçinin digər məsələlərdə, xüsusən də nəqliyyat dəhlizlərinin açılması və prosesdə anlaşmanın əldə edildiyinə dair işarələr var” – deyə Mirzoyan bildirib.
Həmçinin o gələcəkdə gərginliyin artmasına yol vermək olmaz. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli sazişlərə sadiq qaldığını vurğulayıb.
Üçtərəfli görüşdən əvvəl Lavrov Azərbaycan və Ermənistan nazirləri ilə ayrı-ayrılıqda görüşlər keçirib.
Üçtərəfli görüşdən sonra Azərbaycan və Ermənistan nazirləri ikitərəfli görüşlər keçirəcəklər.
Mənbə: TrtHaber