25 C
Baku
10 Sentyabr 2025, 12:39
Baş xəbərDünya

Moskvadan Tbilisiyə gələn təyyarə eniş edə bilməyib

Moskvadan Tbilisiyə uçan “Azimut” aviaşirkətinə məxsus təyyarə əlverişsiz hava şəraitinə görə, Rustaveli adına Beynəlxalq Aeroporta eniş edə bilməyib.

Bugun.tv xəbər verir ki, təyyarə Kutaisi hava limanına yönləndirilib.

Tbilisi aeroportunun sərnişinlərinin dediyinə görə, duman və yağış səbəbindən bir neçə təyyarə aeroporta enə bilməyib. Eyni zamanda, bəzi reyslər təxirə salınıb.

Aeroportdan bildirilib ki, Moskva-Tbilisi istiqamətində uçan təyyarə Kutaisi hava limanına eniş edib. Bəzi sərnişinlərin avtobuslarla Tbilisiyə göndərilməsi istiqamətində tədbirlər görülür. Hava şəraiti imkan verdikdə təyyarənin qalan sərnişinlərlə birlikdə Tbilisiyə uçuşu bərpa olunacaq.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Kral dərmanların yan təsirləri səbəbindən xəstəxanaya yerləşdirildi

Aynur Camal

Sovet həkimləri müharibə zamanı epidemiyaların qarşısını necə aldılar?

Aynur Camal

Husilər Qırmızı dənizdə gəmilərə 26 hücum həyata keçirdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu