DünyaHadisə

Moskvanın ən böyük ticarət mərkəzlərindən birinə yanğın baş verdi

Bugun.tv “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Moskvada “Riviera” ticarət mərkəzində yanğın başlayıb. Agentliyin məlumatına görə, yanğın fasad üzlüklərini əhatə edib.

Ticarət mərkəzi boşaldılıb. Bütün ziyarətçilər dərhal çölə çıxarılıb.

Yanğının başlanması ilə bağlı ilk xəbərlərdən az sonra Fövqəladə Hallar Nazirliyi onun aradan qaldırılması barədə məlumat yayıb. “Yanğınsöndürənlər tədbirlər görərək saat 9:24-də yanğını lokallaşdırıblar. Saat 9:34-də yanğın tamamilə söndürülüb” TASS Moskva Fövqəladə Hallar Departamentindən sitat gətirib.

“Riviera” icarə sahəsinə görə paytaxtın ilk 15 ən böyük ticarət mərkəzi arasındadır. Bu ticarət mərkəzində 100 min kvadratmetrdir. Rivieranın ümumi sahəsi 274 min kvadratmetrdir.

Mənbə lenta.ru

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

“Ulduz müharibələri” filmindəki Tatuinə bənzər planet həyat üçün əlverişli ola bilər

Aynur Camal

BMT araşdırması: Dünya geri dönməyən nəticələri olan qlobal su çatışmazlığı dövrünə daxil olur

Aynur Camal

16 yaşlı gəncin biznesinin dövriyyəsi 1 milyon ABŞ dollarını ötdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu