28 C
Baku
1 İyun 2025, 18:40
Baş xəbərDünya

Moskvaya böyük hücum: Onlarla PUA ilə vurdular!

Rusiyanın paytaxtı Moskva da daxil olmaqla bəzi şəhərlərə pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirilib. Rusiya Müdafiə Nazirliyi “Ukraynanın terror hücumu cəhdinin” qarşısını aldıqlarını açıqlayıb. Ukrayna Rusiyanın paytaxtı Moskvaya ən böyük pilotsuz təyyarə hücumunu həyata keçirib. Ən azı 34 pilotsuz uçuş aparatının (PUA) hədəf aldığı Moskva və bir sıra şəhərlər təyyarə tipli PUA-larla vurulub. Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, “Moskva vaxtı ilə saat 07.00-10.00 arasında Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-lardan istifadə etməklə hücum cəhdinin qarşısı alınıb”.

Açıqlamada Rusiya hava hücumundan müdafiə sistemlərinin 34-ü Moskva, 14-ü Bryansk, 7-si Oryol, 7-si Kaluqa, 6-sı Kursk və 2-si Tulada vurulan 70 Ukrayna PUA-nı məhv etdiyi bildirilib. Həmçinin bildirilib ki, gecə yarısı Ukraynaya məxsus 23 PUA vurulub, onlardan 17-si Bryanskda, 3-ü Rostovda, 2-si Belqorodda, biri isə Kursk vilayətlərində olub.

Moskva meri Sergey Sobyanin sosial media hesabından verdiyi açıqlamada Moskvaya doğru uçan PUA-ların vurulduğunu, Ramenki bölgəsində məhv edilən PUA-ların hissələrinin heç bir dağıntı və can itkisinə səbəb olmadığını bildirib. Moskva vilayətinin qubernatoru Andrey Vorobyev də Stanovoye kəndində PUA hissələrinin düşməsi nəticəsində bir qadının yaralandığını və 2 evin yandığını açıqlayıb.

Bundan başqa, Moskvada uçuşlara qapalı olan Şeremetyevo, Domodedovo və Jukovski hava limanları yenidən fəaliyyətə başlayıb. Hava limanlarına gələn təyyarələr bağlı saatlarda ətraf şəhərlərə yönləndirilib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Peskov: “Lukaşenkonun Çinə səfərinin Rusiya ilə əlaqəsi yoxdur”

Nigar Məmmədova

Bu kənddə xəstə olmaq qadağan edildi!

Aynur Camal

İlham Əliyev Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında tikinti, abadlıq işləri və Ofis binasında yaradılan şərait ilə tanış oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu