22 C
Baku
13 Sentyabr 2025, 9:47
Baş xəbər

Mövqelərimiz atəşə tutulub

Bugun.tv Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 29-u axşam saatları və gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Qaraiman yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bildiririk ki, baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Sevinc Sadıqova

Oxşar xəbərlər

C.Məmmədov: “İran planlarını həyata keçirmək üçün din amilindən istifadə edir”

Bugün TV

Qoyunçuluq məhv olur, amma nazirliyin heç bir dəstəyi yoxdur” – Fermer od püskürdü + VİDEO

Bugün TV

Səhra xəstəxanası bombalandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu