19 C
Baku
8 Sentyabr 2024, 4:09
Baş xəbərSosial

Müəllimlərlə bağlı texniki yardım layihəsi yekunlaşdı

“Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçün təhsil informasiya sisteminin yaradılması” texniki yardım (qrant) layihəsi çərçivəsində təhvil-təslim mərasimi baş tutub.

Bugun.tv-nin Elm və təhsil nazirliyindən əldə etdiyi məlumata əsasən, layihə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilib.

Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, Koreya Respublikasının ölkəmizdə  fövqəladə və səlahiyyətli səfiri Li İn Yonq və digər rəsmilər iştirak ediblər.

Tədbirdə çıxış edən nazir müavini Həsən Həsənli  Azərbaycan və Koreya arasında təhsil sahəsində əməkdaşlığın dinamik inkişafını vurğulayaraq bu istiqamətdə təcrübə mübadiləsinin aparılması baxımından layihənin əhəmiyyətini vurğulayıb.

Müvafiq layihə çərçivəsində Koreya təcrübəsi üzrə Azərbaycan dilində müəllimlərin ixtisasartırma proqramının ilk milli elektron məzmununun hazırlandığını qeyd edən nazir müavini öyrədici təhsil resurslarının hazırlanmasının zəruriliyini bildirib.

Daha sonra çıxış edən səfir Li İn Yonq  qeyd edib ki, adıçəkilən texniki yardım layihəsi  Koreya ilə Azərbaycan arasında təhsil sahəsində uğurlu əməkdaşlığı əks etdirir. Səfir Koreya Respublikasının təhsil sahəsində ölkəmizlə mövcud əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.

Qeyd edək ki, layihənin məqsədi təhsil işçilərinin peşəkar inkişafına dəstək məqsədilə elektron öyrənmə portalının yaradılması, videoçəkilişlər üçün studiyanın qurulması, Azərbaycan dilində milli elektron məzmunların yaradılması mexanizminin formalaşması olub.

Aynur Camal

Oxşar xəbərlər

Narkotik tərkibli bitkilərin becərməsi ilə məşğul olan şəxslər saxlanıldı

Kəmalə Sultan

Meksikada 5.6 bal gücündə zəlzələ oldu!

Aynur Camal

Əyləci sıradan çıxan yük maşını evə daxil olub.

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu