Image default
Mədəniyyət

“Muamma” və “Bir Annenin Çaresizliyi” filmlərinin qala gecəsi keçiriləcək

Bugun.tv-yə daxil olan məlumata görə, Azərbaycan kinematoqrafiyasının iki fərqli ekran işi olan “Muamma” və “Bir Annenin Çaresizliyi” filmlərinin birgə qala gecəsi təşkil olunacaq.

Tədbirin 17 fevral tarixində Bakı şəhərində, Flame Towers (Alov Qüllələri) məkanında keçirilməsi nəzərdə tutulur. Qala gecəsi saat 20:00-da başlayacaq.

Məlumata əsasən, gecə çərçivəsində filmlərin ilk təqdimatı, yaradıcı heyətlə görüş, eləcə də qırmızı xalı mərasimi planlaşdırılır. Tədbirin kino sevərlər üçün xüsusi və yaddaqalan atmosferdə keçəcəyi bildirilir.

Qeyd edək ki, bu tip qala gecələri film yaradıcı heyətinin ekran işini ictimaiyyətə ilk dəfə rəsmi şəkildə təqdim etdiyi mühüm mədəniyyət tədbirləri sırasında yer alır.

Bugun.tv olaraq dəvətə görə təşəkkür edir, yaradıcı heyətə uğurlar arzulayırıq.

Bugun.tv
“Muamma” və “Bir Annenin Çaresizliyi” filmləri
Aynur Camal

Oxşar xəbərlər

“Qızıl Melodiya” mükafatlarının ilin ən yaxşı albomu öz yerini tapdı

Aynur Camal

Yeni “Pyotr” əvvəlkilərdən nə ilə fərqlənəcək? “İmperiyanın doğuluşu” filmi təqdim olunub

Aynur Camal

III Beynəlxalq Məqam Sənəti Forumunun açılış mərasimi keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu