Siyasət

“Müasir dövrdə ailə dəyərlərimiz” mövzusunda elmi-praktiki konfrans keçirilib

Bugun.tv– xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov “Müasir dövrdə ailə dəyərlərimiz” mövzusunda elmi-praktiki konfransda iştirak edib.

Millət vəkilinin sözlərinə görə, Xəzər Universiteti, İzmir Katip Çelebi Universiteti, Azərbaycan Respublikasının Gəncliyə Yardım Fondu və İstanbul Ailə Vəqfinin birgə təşkilatçılığı ilə keçirilən bu önəmli tədbir müasir dövrdə ailə institutunun üzləşdiyi çağırışları müzakirə etmək baxımından olduqca faydalı olub.

Qeyd edək ki, deputat çıxışında ailə modelinə yönəlmiş mənəvi, sosial və mədəni təhdidlərdən, eləcə də ailə dəyərlərinin qorunmasında cəmiyyətin, dövlətin və təhsil sisteminin üzərinə düşən məsuliyyətdən bəhs edib.

“Əminəm ki, bu kimi elmi və praktiki tədbirlər ailə dəyərlərinin daha geniş şəkildə təbliğinə və gənc nəsildə ailəyə bağlılıq hissinin möhkəmləndirilməsinə böyük töhfə verir. Təşkilatçılara təşəkkür edir, uğurlu fəaliyyətlərinin davamlı olmasını arzu edirəm” deyə Ceyhun Məmmədov çıxışında bildirib.

Aynur Camal

Oxşar xəbərlər

ABŞ–İsrail–İran müharibəsində qalib tərəf yoxdur – siyasi ekspert

Aynur Camal

“ABŞ-ın hazırkı marağı Xamenei sonrası mərhələdir”

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Ukraynanın müqaviməti Rusiyanı maksimalist şərtlərindən geri çəkilməyə məcbur edir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu