18 C
Baku
23 Oktyabr 2025, 18:48
Baş xəbərDünya

Müayinə üçün 10 saat gözləyən qadın dünyasını dəyişib

İngiltərədə 31 yaşlı Tamara Devis 10 saat Braytonda xəstəxananın dəhlizində saxlanıldıqdan sonra dünyasını dəyişib. Tamaranın ölüm səbəbi sepsis və çoxlu orqan çatışmazlığı olduğu açıqlanıb.

İngiltərənin Brayton şəhərində baş verən hadisə hər kəsi şoka salıb.

31 yaşlı Tamara Davis 10 saat dəhlizdə xərəkdə saxlanıldıqdan sonra Kral Susseks Ştat Xəstəxanasının təcili yardım otağında dünyasını dəyişib.

Təngnəfəslik şikayəti ilə xəstəxanaya gətirilən Tamara yer olmadığı üçün ilkin tibbi yardımdan sonra dəhlizə aparılıb.

Vəziyyəti getdikcə pisləşən və qanlı öskürəyə başlayan gənc qadına lazımi qayğı göstərilə bilməyib.

Britaniya mətbuatının Daily Mail-ə istinadən verdiyi məlumata görə, onun bacısı Miya Tamaranın “ən həssas anında tərk edildiyini” bildirib.

İstintaq məhkəməsində çıxış edən Dr. Endryu Leonard koridorda qayğı göstərməyin normal proseslərin uğursuzluğu olduğunu vurğulayıb.

O, sistemdəki təzyiqlərin bu vəziyyətə gətirib çıxardığını, lakin bunun qəbuledilməz olduğunu bildirib.

Digər tərəfdən, Tamaranın ölüm səbəbinin sepsis və çoxlu orqan çatışmazlığı olduğu açıqlanıb.

Ailəsi onun xəstəxanadan aldığı “iyrənc” müalicə səbəbindən dünyasını dəyişdiyini iddia edib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Həftəlik icmal – VİDEO

Aynur Camal

Paris Moda Həftəsində fənər çantası təqdim olundu: artıq satışda

Aynur Camal

Azərbaycan nəşrləri XXI Beynəlxalq “Kitab sənəti” müsabiqəsində qalib oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu