19 C
Baku
8 Sentyabr 2024, 3:50
Digər

Mübahisəli ailələrdə uşaqların psixologiyası ciddi şəkildə pozulur

Bugun.tv xəbər verir ki, türk mütəxəssislərin araşdırmasına görə, gərgin bir mühitdə yaşayan uşağın hissləri də eyni olur. Davanın həmişə baş verdiyi ailələrdə uşaqlar valideynlərindən kifayət qədər sevgi və diqqət ala bilmirlər. Bu şəkildə böyüdükləri və ana, atasından düzgün, sağlam sevgi görə bilmədikləri üçün onlar bədbəxt sayılırlar. Bu bədbəxtlik dəyərsizlik hissi, özünəinamın aşağı olması və narahatlıq pozuqluğu kimi hallara gətirib çıxarır. Eyni zamanda yuxu və diqqət pozğunluqları baş verir. Dava-dalaş olan evdə böyüyən uşaqlarda bir çox neqativ hallar, emosiyalar yarana bilər.

Doğulduğumuz andan ehtiyacımız olan ən əsas duyğu güvən hissidir. Biz bu hissi valideynlərin bizə olan şəfqəti, qayğısı və evdəki sakit mühitdən alırıq. Ancaq davamlı olaraq gərgin və narahat bir mühitin şahidi olan uşaqlarda bu vəziyyət fərqlidir.

Araşdırmalar göstərir ki, davaya şahid olan uşaqların zehni və sosial bacarıqları mənfi təsirlənir və bu vəziyyət yetkinlik dövründə də davam edir.

İlk üç ilin beyin inkişafı üçün çox əhəmiyyətli olduğunu deyən həkim-psixoloq Işık Karakayanın sözlərinə görə, beyin inkişafı körpə hələ ana bətnində olanda başlayır və doğulanda demək olar ki, böyüklər ilə eyni sayda neyrona malik (sinir hüceyrələrinə) olur. “Lakin neyronlararası əlaqələr gec formalaşır. Körpənin təcrübələri vasitəsilə neyronlar arasında əlaqələr inkişaf etməyə başlayır. Beyin inkişafı yetkinliyə qədər davam etsə də, xüsusilə ilk üç il çox kritikdir. Buna görə də, həmin dövrlərdə və sonra körpəni uyğun mühit və təcrübələrlə təmin etmək, beyin inkişafı və yetkinləşməsi üçün çox vacibdir”, -professor I.Karakaya bildirib.

Mənbə:TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

Tələbələr yığdıqları pulları Fələstinə bağışladılar

Bugün TV

Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi

Kəmalə Sultan

Laçın yenidən laçınlaşır

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu