İranın ali rəhbərliyinə yaxın fiqurlardan olan Müctəba Xamenei İsrailin hava hücumu nəticəsində Ali Laricani-nin həlak olmasına sərt reaksiya verib.
Məlumata görə, Müctəba Xamenei ABŞ mənşəli X sosial media platformasında paylaşım edərək Laricaninin ailəsinə başsağlığı verib.
O bildirib ki, tökülən hər qan İran sistemini daha da gücləndirir və məsul şəxslər cəzasız qalmayacaq.
“Şəhidlərin qanı yerdə qalmayacaq. Bu cinayəti törədən qatillər çox yaxın zamanda bunun bədəlini ödəyəcəklər”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Ali Laricani İsrailin həyata keçirdiyi hava zərbəsi nəticəsində həyatını itirib və bu hadisə regionda gərginliyi daha da artırıb.
Mənbə: TrtHaber
