18 C
Baku
8 Sentyabr 2024, 6:51
Baş xəbərSiyasət

Müdafiə naziri Hulusi Akara minnətdarlıq məktubu göndərdi

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri Hulusi Akara minnətdarlıq məktubu göndərib.

Məktubda deyilir: “Cənab Hulusi Akar, Sizə öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından Türkiyə Respublikasının milli müdafiə naziri olduğunuz müddətdə birgə fəaliyyətimizə görə minnətdarlığımı bildirirəm.

Siz daima Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinə və Azərbaycan Ordusunun təkmilləşdirilməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə böyük töhfə vermisiniz.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində də Azərbaycan xalqına və ordumuza daima mənəvi dəstək olmusunuz.

Siz həmişə Azərbaycanı və Azərbaycan Ordusunu sevmisiniz.

Əminəm ki, Türkiyə Böyük Millət Məclisində fəaliyyətiniz zamanı da hər iki qardaş ölkənin ordularının qüdrətlənməsi naminə əməyinizi əsirgəməyəcəksiniz.

Sizi öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.”

Mənbə: Müdafiə Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Yol qəzası oldu: 1 ölü, 4 yaralı

Bugün TV

Mərkəzdə zəlzələ baş verdi

Bugün TV

Dünya səyyahları Laçında səfərdədirlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu