21 C
Baku
27 İyun 2025, 23:12
Baş xəbər

Müdafiə nazirliyi məlumat yaydı

Müdafiyə Nazirliyinin bu dəqiqələrdə verdiyi məlumata əsasən Bugun.tv xəbər verir ki, cari ayın 11-dən 12-nə keçən gecə Azərbaycan-Ermənistan şərti sərhədinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində nisbi sakitlik hökm sürüb.
Ötən sutka ərzində Ermənistan silahlı qüvvələri tərəfindən digər istiqamətlərdə yerləşən mövqelərimiz ümumilikdə 17 dəfə atəşə tutulub.
Ermənistan silahlı qüvvələrinin Tovuzqala rayonunun Güləli, Basarkeçər rayonunun Əzizli və Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Qoşa, Kəlbəcər rayonunun Yellicə və Laçın rayonunun Minkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə 8 dəfə atəşə tutulub.
Bundan başqa, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Xocalı, Şuşa və Laçın rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan fasilələrlə 9 dəfə atəşə tutulub.
Ordumuzun şəxsi heyəti və texnikasında itki yoxdur.
Bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb, əməliyyat şəraiti  nəzarət altındadır.

Aynur Camal

Oxşar xəbərlər

Jalə Əhmədova: “İranda itkin də düşə bilərsən, oğurlanıb həbsə də atıla bilərsən…”

Nigar Məmmədova

Santorinidə zəlzələyə hazırlıq: Liman tikiləcək

Aynur Camal

H.Hacıyev: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu