Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən KİV- nə bildirilib. Döyüş sursatlarının utilizasiya prosesi fevralın 25-dək Seyfəli poliqonunda həyata keçiriləcək.
Qeyd edilib ki, aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək: “Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq”.
