27 C
Baku
10 İyun 2025, 10:32
Baş xəbər

Müdafiə naziri Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşüb

Bugun.tv -yə Müdafiə Nazirliyindən daxil olan məlumata görə Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Milli Assambleyasının sədr müavini cənab Çaba Hende ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında ölkə rəhbərlərinin xüsusi rolu vurğulanaraq bütün sahələrdə olduğu  kimi, hərbi sahədə də birgə əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub.

Tərəflər, həmçinin ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.

Aynur Camal

Oxşar xəbərlər

Axtarılan şübhəlilərə qarşı əməliyyat: 15 nəzarətə alındı

Aynur Camal

Fabrikin azot turşusu çəni partladı

Bugün TV

Milli Qəhrəman Mübariz İbrahimov – 35

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu