12 C
Baku
21 Fevral 2026, 16:15
Dünya

“Müğənni ədalətə, yalandan uzaq olmağa çağırdı”

“Məşhur estrada müğənnisi Alla Puqaçovanın tarixdə təkcə mahnıları yox, həm də bu müsahibəsi qalacaq. Çünki müğənni bu müsahibə ilə bütün Rusiyanı, onu idarə edənləri tövbəyə, vicdana, ədalətə, yalandan uzaq olmağa çağırır. O, Ukraynadakı mənasız müharibəyə etiraz edir, haqsız qan tökənləri pisləyir” – bu barədə şərhi tele-jurnalist Qulu Məhərrəmli öz sosial media hesabınd paylaşıb.

  “Alla “həqiqəti söyləməyi öyrənmək lazımdır” deyir, şəxsiyyət və insan ləyaqətindən danışır, mənliyini, azadlığını, həqiqəti bir parça çörəyə satanları qınayır. Bu yolu tutaraq onu efirdən qınayan həmkarlarına bir kəlmə də artıq söz demir.

 Yüksək peşəkarlıqla hazırlanmış və Rusiyada geniş rezonans doğurmuş müsahibəyə 3-4 gün ərzində təxminən 15 milyon adam baxıb. Rusiya hakimiyyətinin “peşəkar” yaltaqları və hökümətdən pay alan blogerləri tənqidi fikirlərinə görə A.Puqaçovaya qarşı qarayaxma kampaniyası aparırlar. Amma xeyri yoxdur, çünki A.Puqaçovanın dediyi gerçəkləri hamı görür… amma hər adam deyə bilmir”.

Aynur Camal

Oxşar xəbərlər

İsveçdən Ukrayna müdafiəsinə böyük hərbi dəstək paketi açıqlanıb

Aynur Camal

Trump‑un “Sülh Şurası” planı – Qəzza üçün maliyyə və tənqidlər

Aynur Camal

Cənubi Koreya sabiq prezidenti ictimai üzr istəyib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu