14 C
Baku
16 Noyabr 2025, 7:12
Baş xəbərSosial

Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir – VİDEO

Müdafiə Nazirliyindən Bugun.tv-ə verilən məlumata əsasən, çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusunun hərbi hissələrində istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin təşkili məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kalonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə cari ilin yanvar ayı ərzində Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində ümumilikdə 3600 km-dək yol qar örtüyündən təmizlənib.

Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər plana uyğun davam etdirilir.

Aynur Camal

Oxşar xəbərlər

Avtomobil idarə edərkən infarkt keçirərək qəza törədən sürücü dünyasını dəyişdi

Kəmalə Sultan

Vaxtında həkim-allerqoloqa müraciət etməklə, xəstəliyin ağır formalarının inkişafının qarşısını almaq mümkündür

Aynur Camal

Uşaqlar üçün sosial medianı qadağan edəcəklər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu