7 C
Baku
24 Fevral 2026, 16:06
Baş xəbərSiyasət

Müharibə veteranının müraciəti dinlənildi

Bugun.tv– yə daxil olan məlumata əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış hərbi əməliyyatlarda iştirak etmiş, müharibə veteranı olan vətəndaş Əfsələddin Ağabəylinin müraciəti dinlənilib.

Vətəndaş müraciətində məhkəmə ilə bağlı üzləşdiyi problem haqqında məlumat vermiş, hüquqlarının müdafiəsi və probleminin qanunvericilik çərçivəsində həll olunması üçün köməklik göstərilməsini xahiş etmişdir.

Qeyd edək ki, müraciət millət vəkili Razi Nurullayevin tapşırığı ilə köməkçisi tərəfindən dinlənilib. Məsələnin aidiyyəti üzrə baxılması üçün zəruri qeyd və sənədlər toplanılıb.

Məsələ ilə bağlı hüquqi mexanizmlər çərçivəsində müvafiq instansiyalara yönləndirilməsi və izlənməsi məqsədilə tədbirlər görüləcəyi vurğulanıb.

Aynur Camal

Oxşar xəbərlər

Prezident təsdiq etdi: Minimum əmək haqqına hər il baxılacaq – Maaşlar artacaq

Aynur Camal

Məhəmməd Əsədullazadə: Gürcüstan və Rusiya Ermənistana təzyiq mexanizmlərini gücləndirir

Aynur Camal

Palandökən yenidən dünya səhnəsində: Erzurum FIS Snoubord Dünya Kubokuna ev sahibliyi edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu