6 C
Baku
21 Dekabr 2025, 6:55
Digər

Müharibə dövründə 4 mindən artıq ukraynalı Moldova vətəndaşlığı üçün müraciət etdi

Bugun.tv xəbər verir ki, Moldovada 2023-cü il martın 1-dən Ukraynadan olan miqrantların müvəqqəti müdafiəsi mexanizmi fəaliyyətə başladığı vaxtdan indiyədək Kişineu 80 minə yaxın Ukrayna vətəndaşına, o cümlədən 18 min 785 yetkinlik yaşına çatmayan şəxslərə müvəqqəti müdafiə sənədləri təqdim edib. Bununla yanaşı, bu müddət ərzində Moldova hakimiyyəti 3785 Ukrayna vətəndaşına müvəqqəti yaşayış hüququ sənədləri verib, 2685 ukraynalı isə daimi yaşamaq üçün sənədləri qəbul edib. Avqustun 18-nə olan məlumata görə, sığınacaq sistemində 442 Ukrayna vətəndaşı qeydiyyata alınıb, onlardan biri qaçqındır, 240 nəfər humanitar müdafiədən istifadə edir, 201 nəfər isə sığınacaq istəyib. 2022-ci ildə Ukraynada müharibə başlayandan indiyədək 2630 Ukrayna vətəndaşı Moldova vətəndaşlığını qəbul edib, daha 2843 ukraynalı isə bu ölkənin vətəndaşlığını təsdiqləyib. Ümumilikdə, bu müddət ərzində 4407 ukraynalı Moldova vətəndaşlığı üçün müraciət edib. Xatırladaq ki, Ukraynada müharibə başlayandan bəri 1,2 milyondan çox ukraynalı Moldova ərazisinə keçib və hazırda bu ölkədə 128 minə yaxın ukraynalı qaçqın qeydiyyatdadır.

Bugün TV

Oxşar xəbərlər

Hər gün qəhvə içənlərə şad xəbər.

Bugün TV

Almaniya prezidenti Tanzaniyadan ölkəsinin müstəmləkə dövründə törətdiyi cinayətlərə görə bağışlanmasını istədi

Teymur Əziz

“Benya Korol və başqaları” tamaşasının premyerası olacaq

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu