19 C
Baku
8 Sentyabr 2024, 3:29
Baş xəbərDünya

Müharibə Moskvaya gəlir

Bugun.tv xəbər verir ki, Rusiya Ukrayna müharibəsi başlayandan paytaxt Moskva nadir hücuma məruz qalıb.

Lakin Rusiyanın dövlət xəbər agentliyi RİA Novosti fövqəladə xidmətlərə və sakinlərə istinadən xəbər verib ki, Ukraynanın bu gün atdığı pilotsuz raket hücumu Moskvada üç yaşayış binasını dağıdıb.

Moskva meri Sergey Sobyanin bildirib ki, hava hücumu nəticəsində insan itkisi yoxdur. Sobyanin sonrakı yeniləmədə əlavə edib ki, müstəntiqlər zədələnmiş çoxmənzilli binalarda işi yekunlaşdırıb və təxliyə edilmiş sakinlər tezliklə öz evlərinə qayıda biləcəklər.

Ukrayna prezidentinin müşaviri Mykhailo Podolyak isə deyib ki, bizim bununla əlaqəmiz yoxdur.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Telegram-da bildirib ki, sakinlərin səhər saatlarında eşitdikləri partlayışlar “bizim hava hücumundan müdafiə sistemimizdir”.

Putin isə hadisədən sonra ilk çıxışında: “Kiyev yaşayış binalarını hədəfə alaraq Rusiya vətəndaşlarını qorxudmaq yolunu seçib. Və bu, terror fəaliyyətinin açıq əlamətidir” – deyib.

Xatırladaq ki, bu gün Ukrayna Moskvaya pilotsuz raket hücumları edib. Qarşı tərəf isə cavab atəşi ilə onları zərərləşdirib.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

“Liderlərin görüşü münasibətlərin normallaşdırılmasını tezləşdirir”

Aynur Camal

60 ədəd müxtəlif növ mərmi və 26 ədəd patron aşkar edildi

Kəmalə Sultan

İsveçdə Qurana təxribatlara qarşı qanunda dəyişiklik gözlənilir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu