30 C
Baku
28 İyun 2025, 17:50
Dünya

Müharibədə bir ilk!

HƏMAS-dan İsrailə ağır zərbə: Bir qrup əsgəri əsir götürdük.

İsrailin Qəzza zolağına hücumları davam edərkən, HƏMAS İsrailə sərt cavab verib. Əl-Qəssam Briqadaları Qəzza zolağında bir qrup İsrail əsgərini ələ keçirdiklərini açıqlayıb. İsrail ordusunun 27 oktyabrda Qəzza zolağında başladığı quru müharibəsində ilk dəfə İsrail əsgərlərinin əsir götürüldüyü bildirilsə də, əsir düşən əsgərlərin sayı ilə bağlı məlumat verilməyib…

HƏMAS Hərəkatının silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağında keçirilən əməliyyat zamanı pusquya düşən İsrail əsgərlərindən yeni əsir götürdüklərini açıqlayıb. Əl-Qəssam sözçüsü Əbu Ubeyde video şərhində, “Şənbə günü axşamdan əvvəl Qəssam döyüşçüləri İsrail əsgərlərini Cibaliya Qaçqınlar Düşərgəsindəki tunelə çəkərək mürəkkəb bir əməliyyat keçirdilər” deyib.

Cibaliyadakı tunellərdən birində bir qrup İsrail əsgərinə pusqu qurduqlarını ifadə edən Əbu Ubeyde, İsrail əsgərləri ilə boş məsafədən qarşıdurma olduğunu və gücləndiricilərə partlayıcılarla hücum edildiyini qeyd edib.

Əbu Ubeyde İsrail əsgərlərinin tunelə çəkilmələri ilə qarşıdurmada bütün ölü, yaralı və əsirlərin əsir götürüldüyünü, əsgərlərin əlindəki hərbi sursatların da müsadirə edildiyini bildirib.

Əbu Ubeydənin çıxışı zamanı tuneldə əməliyyat zamanı öldürülən İsrail əsgərinin çıxarılması ilə yanaşı, İsrail hərbi geyimləri, dəbilqələri və silahlarının görüntüləri də paylaşılıb.

Digər tərəfdən, İsrail Ordusunun sözçüsü Daniey Hagari X sosial media platformasında verdiyi açıqlamada əsgərlərin əsir götürülməsi ilə bağlı deyilənlərin doğru olmadığını iddia edib.

Qəssam Briqadaları İsrail əsgərlərinin əsir götürüldüyünü elan etdikdən sonra Livandakı məscidlərdə təkbirlər səsləndirilib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Süni intellekt 600 illik “Voyniç” əlyazmasının sirrini açdı

İntizar Əmirova

Samsung elan etdi: S Pendən imtina etmək fikrimiz yoxdur

Aynur Camal

Baş verən çatışmada 1 əsgər öldü, 4 yaraqlı zərərsizləşdirildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu