20 C
Baku
21 Sentyabr 2024, 7:25
Baş xəbərDünya

Mülki insanlar gündəlik həyatda silahlandılar

Qəzzada dinc insanları qətlə yetirən İsraildə vətəndaşlar gündəlik həyatlarında silahla gəzməyə başlayıblar.

İsrail ordusunun hücumları oktyabrın 7-dən davam edir. Qəzzada dinc əhalini qətlə yetirən İsrail sözün əsl mənasında soyqırım törədir.

Lakin dünya yalnız İsrailin bu qətliamını pisləyir.

Qəzzada qətliam davam edərkən, İsraildə çəkilən görüntülər böyük marağa səbəb olub.

İsraildə vətəndaşlar gündəlik həyatlarında silahlanaraq küçələrə çıxmağa başlayıblar.

Həmin anlar mobil telefon kamerası ilə lentə alınıb.

Demək olar ki, ölkədə qanuni olaraq silah əldə etmək üçün yarış gedir. Görünməmiş sayda israilli atış bacarıqlarını təkmilləşdirmək üçün poliqonlarda sıraya düzülür. Silah mağazalarında dükanların kənarında uzanan növbələr var.

İsrail hökumətinin qaydaları yumşaltması ilə heç bir cinayəti olmayan və ya sağlamlıq problemi olmayan insanlar bir həftə ərzində silah lisenziyası ala bilərlər.

Ayrı-ayrı şəxslərin daşıya biləcəyi güllələrin sayı da 50-dən 100-ə qaldırılıb.

Fələstin Səhiyyə Nazirliyindən verilən son açıqlamada Qəzza zolağına son 24 saatda edilən 3 hücumda 34 fələstinlinin həyatını itirdiyi, 96 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayının 41 min 118-ə, yaralıların sayının isə 95 min 125-ə yüksəldiyi qeyd edilib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İsrailli diplomat: “Rəsmi Təl-Əviv istənilən yolla öz vətəndaşlarını qorumağa çalışacaq”

Bugün TV

“Zəfərin mübarək, Vətən”

Aynur Camal

Argentina BRİKS-ə üzv olmaq üçün müraciət etdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu