7 C
Baku
5 Fevral 2025, 16:59
Dünya

Müqəddəs qapı açıldı, Yubiley ili başladı!

Vatikan Dövlətində 25 ildən bir qeyd olunan “Yubiley ili” Müqəddəs Pyotr Bazilikasında Müqəddəs Qapının açılması ilə başlayıb. Katoliklərin ruhani lideri Papa Fransisk Müqəddəs Pyotr Bazilikasında “Yubiley ili”nin başlanğıcını təmsil edən Müqəddəs Qapını açdı.

Vatikanın rəsmi nəşrlərindən olan Vatikanın xəbər saytının məlumatına görə, katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk Müqəddəs Pyotr Bazilikasında “İlin başlanğıcını təmsil edən Müqəddəs Qapını açıb.”.

“Yubiley ili”nin mövzusunu “ümid” olaraq təyin edən Papa Fransisk qapılar açıldıqdan sonra etdiyi çıxışda “Bu gecə ümid qapısı dünyaya geniş açıq idi” deyib.

Müqəddəs Pyotr Bazilikasında keçirilən mərasimdə qiraətlər oxunduqdan sonra xorla ilahilər oxunub.

Yubiley ili 6 yanvar 2026-cı ildə Epiphany Bayramında Müqəddəs Qapının bağlanması ilə başa çatacaq.

İtaliya və Almaniyada Milad bazarına edilən hücumdan sonra paytaxt Romada “Yubiley ili”nin açılışı üçün təhlükəsizlik qüvvələri həyəcan vəziyyətinə gətirilib. Paytaxtda mövcud olanlarla yanaşı, Vatikan kimi həssas və kritik nöqtələrdə 700-dən çox mühafizəçinin çalışacağı bildirilib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

İtaliya parlamentində dava: Yumruqlar havada uçdu…

İntizar Əmirova

Bu il ABŞ-a ən çox tələbə göndərən ölkə Hindistan oldu

Aynur Camal

Husilərin hücumundan sonra “Maersk” Qırmızı dənizdə gəmiçilik əməliyyatlarını dayandırdı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu