19 C
Baku
8 Sentyabr 2024, 3:48
Dünya

Müsəlman deputatların sayında rekord artım!

Britaniya parlamentində yerlər dəyişdirildi:

İngiltərədə keçirilən ümumi seçkilərdən sonra yeni parlament ilk iclasını keçirib. Keir Starmer baş nazir kimi ilk dəfə parlamentdə çıxış edərkən iqtidar və müxalifət yerləri dəyişib. 25 deputatla parlamentə rekord sayda müsəlman daxil olub.

İngiltərədə 14 illik dövr başa çatıb. Bu dəfə İcmalar Palatasında leyboristlər hakim cərgələrdə, mühafizəkarlar isə müxalifət cərgələrində əyləşiblər.

Britaniya parlamenti yeni deputatları qarşılayıb. Keçən həftə keçirilən seçkilərdə qalib gələn İşçi Partiyası parlamentdəki kürsülərdə öz yerini tutub.

Keir Starmer baş nazir kimi ilk dəfə parlamentdə çıxış edib. “Yeni bir səhifə açmaq vaxtıdır” deyən Starmer, “xidmət siyasətinə” diqqət çəkərək, bütün millət vəkillərini keçmiş baş nazir Rishi Sunak’ı təbrik edib.

Lindsi Hoyl deputatlar and içməzdən əvvəl yenidən İcmalar Palatasının sədri seçilib.

İngiltərədə keçən həftə keçirilən ümumi seçkilərdə Leyboristlər Partiyası 650 nəfərlik İcmalar Palatasında çoxluğu təmin edərək 412 yer qazanıb.

2019-cu il ümumi seçkilərində 19, 2017-ci il seçkilərində isə 15 müsəlman namizəd parlamentə daxil olmaq hüququ qazandığı halda, 4 iyul seçkiləri nəticəsində parlamentə daxil olan müsəlman namizədlərin sayı 25 olub. Təxminən 3,5 milyon müsəlmanın yaşadığı ölkədə ilk dəfə 8 müsəlman millət vəkili parlamentə girmək hüququ qazanıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Neva səhrasında əks etdirən dayanıqlı blok tapılıb

Şükufə Ramizqızı

Kolumbiya ordusunun milyonlarla sursatı itdi

Aynur Camal

“TikTok BORG cərəyanı” səbəbindən bir çox tələbə zəhərlənib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu