15 C
Baku
16 Oktyabr 2025, 7:45
İdman

Musa Qurbanlı “Poqon” klubunun maraq dairəsindədir

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Polşanın “Poqon” klubunun oğlu Musa Qurbanlı ilə maraqlandığını təsdiqləyib.

Bugun.tv-nin əldə etdiyi məlumata görə, 50 yaşlı mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.

Lakin o, hələlik kluba rəsmi təklif gəlmədiyini bildirib:

“Tam ciddi nəsə olarsa, fikir bildirə bilərik. Belə qərarlarda çox ehtiyatlı və həssas olmalıyıq. Bəzən təklif gəlib deyə futbolçumuzu Avropaya göndərməklə, onu “yandıra” bilərik. Odur ki, çox götür-qoy etməliyik. Təklif gəldikdən sonra müzakirə edmək olar ki, Musanın qalması və ya getməsi nə vəd edə bilər. Bu isə gələcəyin müzakirə mövzusudur”.

Qeyd edək ki, Polşa mətbuatı “Poqon”un 22 yaşlı hücumçu üçün “Qarabağ”a 350 min avro ödəməyə hazır olduğunu yazıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Modriç “Ən-Nəsr”in təklifini rədd etdi

Nigar Məmmədova

Ronaldo qiymətdən düşdü

Nigar Məmmədova

Azərbaycan millisi ikinci pillədə yer alıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu