27 C
Baku
29 İyun 2025, 10:37
Baş xəbərDigər

Müsabiqə qalibləri Avropada beynəlxalq olimpiadaya qatılıblar

Bugun.tv xəbər verir ki, məktəblilər arasında İqtisadiyyat Müsabiqəsinin qalibləri Avropada təşkil ediləcək beynəlxalq olimpiadaya qatılmaq üçün Slovakiyanın paytaxtı Bratislavaya yola düşüblər.

Məlumatı millət vəkili Vüqar Bayramov facebook səhifəsindəki paylaşımında bildirib.

“Qeyd edək ki, Azərbaycan, ingilis və rus dillərində keçirilən bu ilki müsabiqədə ölkəmizin 150 məktəbindən 300-dən çox şagird iştirak edib. Beş ən yaxşı nəticə göstərənlər artıq beynəlxalq olimpiadaya qatılırlar.

Bratislavada yerləşən İqtisad Universitetində müxtəlif ölkələri təmsil edən 80.000 şagird arasından seçilən 80 nəfərə yaxın finalçı Beynəlxalq Final Raundu üzrə yarışacaqlar. Yarışma üzrə birinci yeri tutana 1000, ikinci ən yaxşıya 300, ən yaxşı üçlüyü tamamlayana isə 200 avro mükafat ödəniləcək”, – o, qeyd edib.

Qeyd edək ki, müsabiqə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) İqtisadi Təhsil İnstitutu (İNEV) ilə birgə reallaşdırdığı beynəlxalq yarışmadır. Elm və Təhsil Nazirliyi müsabiqənin təşkilinə xüsusi dəstək vermişdir. Müsabiqənin məqsədi orta məktəb şagirdləri arasında iqtisadiyyat və maliyyə sahələrinə marağı stimullaşdırmaq və iqtisadi təhsili təşviq etməkdir.

Bugün TV

Oxşar xəbərlər

Bir iş yerindən 12 ton 650 litr qaçaq yanacaq ələ keçirildi

Aynur Camal

İnstaqramda yeni video yaratma proqramı

Aynur Camal

Lənkəranda tələbə qətlinin TƏFƏRRÜATI

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu